Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şvıdkoy: “UNESCO İlham Əliyevin mədəniyyət abidələrinə dair bəyanatlarının yerinə yetirildiyinə əmin olacaq”

109 Baxış

“Mədəniyyət abidələrinin qorunması çox incə və çətin məsələdir. Təsadüfi deyil ki, bu gün bu məsələ yenidən aktuallıq qazanıb. Prezident İlham Əliyevin Azərbaycan tərəfinin dini və etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycana məxsus ərazilərdə yerləşən bütün abidələrə diqqətlə yanaşması barədə bəyanatı çox böyük əhəmiyyət daşıyır. Əminəm ki, bölgəyə səfər edəcək UNESCO mütəxəssisləri də Prezidentin bu sözlərinin yerinə yetirildiyinə əmin olacaqlar”.

Bu fikirləri “Report”un Rusiya bürosuna SSRİ və Rusiya sənətşünası, Rusiya Federasiyası prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.

Bir müddət öncə Prezident İlham Əliyev UNESCO missiyasının gələn ay Azərbaycana gəlməyi planlaşdırdığını deyib.

M.Şvıdkoy abidələrə münasibətin hər zaman Azərbaycan xalqının mehriban qonşuluğuna və xoşməramlılığına dəlalət edəcək çox həssas bir mövzu olduğunu vurğulayıb.

O, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakıya son səfərindən danışıb.

M.Şvıdkoy iki dövlət arasında mədəniyyət sahəsində əlaqələrin çox vacib olduğunu vurğulayıb: “Ümid edirəm ki, payızda Sankt-Peterburqda keçiriləcək forumda Azərbaycan xüsusi və fəxri qonaq kimi iştirak edəcək. Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif çıxışlar hazırlanır. Əminəm ki, forumun bütün iştirakçıları Azərbaycanı bu gün fərqləndirən mədəniyyətinin çiçəklənməsini yüksək qiymətləndirəcəklər”.

Xatırladaq ki, IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun noyabrın 11-13-də keçirilməsi planlaşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678