Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türk Şurasının baş katibi Zəngəzur dəhlizindən yazdı

124 Baxış

“Zati-alinizin liderliyi və qətiyyəti sayəsində Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizində yenidən yaradılacaq nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin üzv dövlətlərimiz başda olmaqla, bütün region ölkələrinin iqtisadiyyatının inkişafına, sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə bir daha əmin olduğumu bildirmək istərdim”.

Bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev bu gün Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd edib.

O bildirib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk demokratik respublika kimi Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edir:

“Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Zati-alinizin qətiyyətli liderliyi və müdrik siyasəti sayəsində daha da inkişaf edib, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirib və regionun lider ölkəsinə çevrilib.

Həmçinin Türk Şurasına daimi dəstəyinizi məmnuniyyətlə qeyd edərək bildirmək istərdim ki, Sizin sədrliyinizlə Bakıda keçirilən Türk Şurasının 7-ci Zirvə görüşünün, habelə COVID-19 pandemiyasına həsr olunmuş ilk fövqəladə Zirvə görüşünün nəticələri təşkilatımızın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və regional müstəvidə daha da cəlbedici platformaya çevrilməsinə təkan verib. Bu Zirvə görüşlərindən sonra təlimatlarınıza uyğun olaraq Türk Şurası çərçivəsində çoxşaxəli əməkdaşlıq istiqamətləri daha da genişlənərək enerji, kənd təsərrüfatı, səhiyyə və miqrasiya sahələrini də əhatə edib”.

B.Amreyev xüsusilə vurğulayıb ki, bu il martın 31-də Türküstan şəhərində keçirilmiş qeyri-formal Zirvə görüşündə Türk Şurasına üzv dövlətlər Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini təqdirlə qarşılayaraq münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan Hökuməti və xalqı ilə həmrəy olduqlarını bir daha yekdilliklə ifadə ediblər.

“Fürsətdən istifadə edərək, bu tarixi gün münasibətilə Zati-alinizə davamlı uğurlar arzulayır, bütün Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik diləyirəm”, – deyə Türk Şurasının baş katibi əlavə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678