Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ceyhun Bayramov Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsinin icraçı katibi ilə görüşdü

113 Baxış

Xarici İşlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Lassina Zerbo ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatı ilə Azərbaycan arasındakı mövcud ümumi əməkdaşlığın səviyyəsindən razılıq bildirilib. Gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin görüşdə nazir 44 günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verib.

Ermənistan tərəfindən müharibə zamanı heç bir fərq qoyulmadan istifadə edilən və proporsional olmayan müharibə metodlarına həmsöhbətinin diqqətini çəkib.

Ermənistan tərəfindən mülki obyektlərə raket hücumlarının həyata keçirildiyini bildirən nazir bu xüsusda fiziki sübutlarımızın mövcudluğuna istinad edib.

Eyni zamanda, o, aidiyyəti mexanizmlər ilə əməkdaşlıq imkanlarından faydalandığımızı bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678