Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrailli analitik: “İsraili ittiham etmək Ermənistan tərəfindən böyük səhv idi…” – MÜSAHİBƏ

181 Baxış

Erməni ordusunun cəbhədəki ağır məğlubiyyəti, Nikol Paşinyanın təmsil etdiyi hökumətdə əsəblərin tarıma çəkilməsinə gətirib. Ermənistanın baş naziri “The Jerusalem Post”a verdiyi müsahibədə İsraili “satanik qüvvələrə” qoşulmaqda günahlandırıb.

İsrailli tanınmış diplomat və analitik, İsrailin Rusiyadakı və Ukraynadakı keçmiş səfiri Zvi Magen Media.Az-a verdiyi müsahibəsində Ermənistanın bu cür davranışından təəccübünü ifadə edib.

“Belə görünür ki, biri (İrəvana – red.) xüsusi olaraq İsrailə diqqət yetirməyi tövsiyə edib. Yəhudilər günahkardır və sair… Bu bir növ antisemitizm xüsusiyyətini daşıyır. Mən belə qəbul edirəm. Tez-tez və çox sayda yəhudi və İsrail əleyhinə ritorikalar eşidilir. Halbuki hazırda bu, Ermənistanın əsas problemi deyil. Bu ittihamlar kampaniyanın (hərbi – red.) nəticəsinə qərar verməyə kömək etməyəcək. Ancaq orada kimsə məhz belə düşünür”, – deyə müsahib bildirib.

Diplomat Ermənistanın Baş naziri Nikol Paşinyanın İsrailin humanitar yardımı “muzdlulara və terrorçulara” göndərmə təklifini də şərh edib. Onun sözlərinə görə, İrəvanda bəziləri, ya da hamı bu motivlərlə, ritorika ilə həm əhalini, həm də digər beynəlxalq oyunçuları səfərbər edə biləcəyinə inanırlar.

“İsraildə ilk dəfə deyil ki, belə bir şeylə qarşılaşırıq və bununla başa çıxa bilərik. Ancaq bunun Ermənistan (hansı ki, İsrail dostluq edirdi və erməni xalqı ilə çiyin-çiyinə yaşayırdı) tərəfindən böyük bir səhv olduğuna inanıram. İndi isə praktik olaraq antisemitizmlə qarşılaşırıq. Başa düşürəm ki, bunlar sadəcə bəyanatlar deyil, kimlərəsə fayda gətirir”.

Ermənistanın “beynəlxalq antisemit icma”nı səfərbər etmə səylərinə gəldikdə isə israilli analitik bunun belə olduğunu təsdiqlədi.

“Nədənsə onlar antisemitizm açıqlamalarının cəmiyyəti hərəkətə gətirdiyini və müsbət təsir göstərdiyini düşünürlər. Əgər doğrudursa, deməli bu, cəmiyyət və əhali üçün çox yaxşı bir xüsusiyyət deyil”, – deyən Zvi Magen bütün bunlara baxmayaraq, İsrailin yaşamağa davam etdiyini vurğuladı.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678