Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kanadalı deputat Azərbaycanın Respublika Gününü təbrik edib – VİDEO

107 Baxış

Kanada parlamentinin deputatı, Kanada-Azərbaycan Parlament Dostluq Qrupunun sədri Filip Lourens Azərbaycan xalqını və ölkəsində yaşayan azərbaycanlıları 28 May Respublika Günü münasibətilə təbrik edib.

Bu barədə Kanada Azərbaycanlıları Şəbəkəsi diaspor təşkilatı özünün “Twitter” səhifəsində məlumat yayıb.

“Kanada-Azərbaycan Dostluq Qrupunun sədri olaraq, bu gün Azərbaycan xalqına və Azərbaycan əsilli kanadalılara xoşbəxt bir Respublika Günü arzulamaq üçün tribunaya qalxmaq şərəfi mənə nəsib olub”, – deyə millət vəkili bildirib.

Diaspor təşkilatı Kanada-Azərbaycan Parlament Dostluq Qrupu adından səmimi təbriklərinə görə F.Lourensə təşəkkür edib və öz adından da Azərbaycan xalqını təbrik edib.

Thank you, @PLawrenceMP for your warm congratulations on behalf of the Canada-Azerbaijan Parliamentary Friendship Group! Happy Republic Day, #Azerbaijan! https://t.co/wQMRjIrnwH

— Network of Azerbaijani Canadians (@azcanet) May 28, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678