Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İranlı politoloq: “Tehran sərhədlərinə yaxın Qərbin müşahidəçilərinin yerləşdirilməsini xoş qarşılamayacaq”

121 Baxış

İran sərhədləri yaxınlığında Qərb müşahidəçilərinin görünə biləcəyinə (hansı ki, Nikol Paşinyan tərəfindən təklif olunur) necə münasibət göstərəcək? 

Caliber.Az bununla bağlı şərh üçün siyasi elmlər namizədi, İran İslam Respublikası Milli Sosial və Mədəni Problemlər İnstitutunun tədqiqatçısı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) müəllimi Həsən Cabbari Nasirə müraciət edib.

Ekspert bildirib ki, İran Qərb və ABŞ qüvvələrinin əhatəsində yaşamağa öyrəşib.

“Əfqanıstanda NATO və ABŞ qoşunları mövcuddur, baxmayaraq ki, indi geri çağırılırlar. İranın cənubunda ABŞ-ın ortağı olan ərəb ölkələri var və s. Qərb qüvvələrinin olmadığı yeganə istiqamət İranın şimalı – Türkmənistan, Azərbaycan və Ermənistanla sərhədidir”, – deyə o, bildirib.

Müsahibin fikrincə, əlbətdə ki, İran Fransa və ya ABŞ kontingentlərinin öz sərhədləri yaxınlığında yerləşdirilməsini xoş qarşılamayacaq.

“Bəli, bu İran üçün ölümcül deyil, amma xoşagəlməzdir. Tehran bundan narahat olacaq və müvafiq açıqlama verə bilər. İran mətbuatı da bu mövzuda fəal şəkildə yazır və yeri gəlmişkən Azərbaycanla Ermənistan arasındakı sərhəddəki gərginliyə diqqət çəkirlər”, – deyə o, bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678