Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İranın energetika naziri: “Araz çayı dostluq sərhədidir”

109 Baxış

Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov İranın Energetika naziri Rza Ərdəkanian və Şərqi Azərbaycan valisi Məhəmməd Rza Purməhəmmədi İran və Azərbaycan arasında Araz və Mil-Muğan su anbarlarının birgə istifadəsi sahəsindəki əməkdaşlığının 50 illiyi münasibətilə təşkil olunan tədbirində iştirak ediblər.

“Mehr” agentliyi xəbər verir ki, Ərdakanian Araz çayının dostluq sərhədi olduğunu deyib:

“Araz çayı əslində ətrafındakı bütün millətlər üçün dostluq sərhədidir. Bu çay ətrafında yaşayan insanların dostluqlarına həyat qatıb.

Araz su anbarı isə İranla Azərbaycan Respublikası arasındakı əlaqələrin inkişafı və möhkəmləndirilməsində parlaq bir tərəfdaşlıq nümunəsi olub”.

S.Məmmədov iki ölkə arasındakı maraqlara və əlaqələrə əsaslanan əməkdaşlığın inkişafının 1992-ci ildən bəri davam etdiyini bildirib:

“İran ilə Naxçıvan arasındakı münasibətlər müxtəlif sahələrdə, xüsusilə enerji, nəqliyyat və ticarət sahələrində davamlı inkişaf edir”.

O qeyd edib ki, bu istiqamətdə iki ölkə prezidentləri dəfələrlə qarşılıqlı səfərlər ediblər.

“Müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində İranla güclü, dostluq və qardaşlıq münasibətlərimiz var”, – deyə S. Məmmədov vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678