Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyəli politoloq: “Azərbaycan istənilən halda Zəngəzur məsələsini uğurla həll edəcək”

114 Baxış

Azərbaycan sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizinin yaradılması məsələlərini güc yolu ilə həll etmək iqtidarındadır. Rusiya isə İrəvana müvafiq təzyiq göstərə bilər, halbuki indi bunu görmürük.

Bu barədə türkiyəli politoloq Engin Özer Ermənistan tərəfinin kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli komissiyanın işini dayandırması ilə bağlı Caliber.Az-a şərh verərkən bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyan və komandası nəqliyyat dəhlizləri ilə bağlı məsələni seçkidən sonrakı dövrə qədər təxirə salmağa çalışaraq vaxtı uzadır.

“Ancaq 20 iyun seçkilərindən sonra sərhəd problemləri ilə məşğul olmaq Ermənistan üçün daha çətin olacaq, yeni hökumət heç bir razılaşmanı yerinə yetirməyə bilər. Buna baxmayaraq, imzalanan bir razılaşma var, buna görə İrəvan istəsə də, istəməsə də, Azərbaycan Zəngəzur məsələsini uğurla həll edəcək”, – deyə Engin Özer vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678