Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çavuşoğlu Cənubi Qafqaz barədə: “Fransa ilə birgə qalıcı sülhə töhfə verə bilərik”

124 Baxış

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan və Ermənsitan arasında qalıcı sülhün təmin edilməsi məsələsinə toxunub.

Bu barədə o Fransanın “L’Opinion” qəzetinə müsahibəsində deyib.

“Cənubi Qafqazda Azərbaycan və Ermənistanın çiçəklənməsinə fayda gətirəcək davamlı sülhü dəstəkləyə bilərik. Tarixin siyasi məqsədlər üçün alət olunması və təhrif edilməsi heç vaxt mübahisəni həll etməyib və ədalət bərpa olunmayıb”.

Çavuşoğu qeyd edib ki, erməni ekstremistlərin əsassız iddialarının Türkiyə-Fransa münasibətlərinə təsirinin qarşısı alınarsa, Türkiyə və Fransa birgə səy göstərərək Cənubi Qafqazın sabitliyinə daha yaxşı töhfə verə bilər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678