Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lavrov: “Ermənistan və Azərbaycan arasında sərhəd açıq olmalıdır”

123 Baxış

“Azərbaycanlılarla ermənilər sülh şəraitində yaşamalıdırlar, hər iki dövlət arasında sərhəd açıq olmalıdır”.

“Vestnik Kavkaza” xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun iştirakı ilə Azərbaycan və Ermənistan hökuməti azərbaycanlıların və ermənilərin yanaşı yaşamasına səy göstərməlidirlər.

Lavrovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında kommunikasiyanın açılmasında təkcə bu iki dövlət deyil, həm də danışıqlar prosesində rəylərinin nəzərə alınması lazım olan Rusiya, Türkiyə və İran da maraqlıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678