Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “Sabitlik yaratmaq üçün bütün təşəbbüslərə töhfə veririk” – VİDEO

122 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO Dövlət və Hökümət Başçıları Zirvəsi çərçivəsində təşkil edilən “Sabitliyə Töhfə” adlı iclasında videomesaj formatında danışıb.

Bu barədə “Haber Global” məlumat verib.

Ərdoğan qeyd edib ki, Türkiyə regionda və onun xaricində etibarlı bir müttəfiq qismində iştirak edir:

“Dünyadakı problemlərin həllində təşəbbüs göstərərək konstruktiv və aktiv siyasət yürüdürük. İraqdan Əfqanıstana, Qafqazdan Balkan yarımadasına, Qara dənizdən Aralıq dənizinə qədər sabitlik yaratmaq üçün bütün təşəbbüslərə rəhbərlik edirik və töhfə veririk”.

Türkiyə lideri qonşularla münasibətlərdə beynəlxalq hüquqa, ədalətə, qarşılıqlı hüquqlara və mənafelərə hörmətlə yanaşdıqlarını vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678