Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyalı ekspert: “Əvvəl dron müharibəsi yalnız nəzəriyyədə mövcud idi, indi isə bunu canlı olaraq izlədik”

112 Baxış

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin potensialını müqayisə etsək, 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətlə üzləşən ermənilərin revanş iddiaları nə qədər realdır?

Rusiyalı hərbi ekspert, “MilitaryRussia” saytının qurucusu Dmitri Kornev Caliber.Az-a açıqlamasında sözügedən məsələ ilə bağlı fikirlərini bölüşüb.

Hərbi ekspert qeyd edib ki, ötən il baş verən müharibə Azərbaycanın öz ordusuna investisiya yatıraraq onu keyfiyyətcə dəyişdirdiyini nümayiş etdirdi.

“Biz ən müasir texnologiya növlərinin “ağıllı”(smart) tətbiqi ilə müxtəlif növ qüvvələrin koordinasiyalı hərəkətlərini gördük. Bir vəziyyətdə sadəcə pilotsuz dronlar istifadə olunurdu. Başqa bir vəziyyətdə isə pilotsuzlar hava hücumundan müdafiə sisteminin reaksiyasına səbəb olurdu. HHM sisteminin yeri təyin oldunduqda isə başqa dronlar tərəfindən məhv edilirdi. Əvvəl biz bu barədə sadəcə oxuyurduq, yalnız nəzəriyyə mövcud idi. 2020-ci ildə isə bunu canlı olaraq müşahidə etdik.

Erməni tərəfdən isə biz 20-ci əsrdə aparılan müharibəni və ya 20-ci əsrin döyüş əməliyyatları üçün aparılan hazırlıq prosesini gördük. Təkrar edirəm, hətta əgər erməni ordusu kəmiyyət baxımından bərpa edilərsə belə, keyfiyyət dəyişikliyi olmayacağı təqdirdə keçən ilki müharibənin təkrarı olacaq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678