Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat ağıllı sayğaclardan şikayətləndi

119 Baxış

Milli Məclisin iclasında deputat Vahid Əhmədov ağıllı sayğaclardan şikayət edib.

Oxu.Az-ın məlumatına əsasən, deputat “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, ağıllı sayğacların göstəriciləri mexaniki sayğacların göstəriciləri ilə eynidir. 

O, ağıllı sayğaclardan xeyli şikayət olduğunu da diqqətə çatdırıb. 

“Yeni qanun layihəsində də ağıllı sayğac anlayışından bəhs edilir. Ümumiyyətlə, aydınlıq gətirilməlidir ki, köhnə sayğaclar dəyişdiriləcəkmi və ağıllı sayğaclar konkret necə olmalıdır?” -deyə V.Əhmədov əlavə edib. 

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678