Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident: “Nailiyyətlərimiz olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi”

135 Baxış

Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlər boyu burada azərbaycanlılar yaşayıb.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan edib.

İlham Əliyev bildirib ki, erməni əhalisinin Qarabağ torpaqlarına 200 il bundan əvvəl köçürüldüyünü bütün dünyaya sübut etdik:

“Bu erməni əhalisinin necə, haradan, hansı məqsədlərlə bu torpaqlara köçürüldüyünün hamısını dünya ictimaiyyətinə faktlarla sübut etdik. Biz sübut etdik ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Beynəlxalq norma və prinsilər əsasənda bu məsələ öz həllini tapmalıdır. Bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədində ədalətli qətnamələr qəbul edib. Beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdır. Bu bizə əlavə güc verdi.

Bu illər ərzində bir çox ölkələrlə səmimi işguzar münasibətlər qura bildik. Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edə bilir. Bütün qonşu ölkələrlə səmimi dostluq əsasında, qarşılıqlı inam, hörmət əsasında münasibətlər qura bildik. Biz bunu etməsəydik münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi”.

Ölkə başçısı qeyd edib ki, Şuşa işğal edilən dövrdə bizim bu günkü ordumuz yox idi:

“Həmin dövrdə bizim əsas problemimiz həm indiki ordumuz yox idi, həm də rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Eyni zamanda beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətlərini gərginləşdirmişdi. Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Lakin biz bu gün Ermənistanı təcrid edilmiş hala saldıq. Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678