Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ceyhun Bayramov qırğız həmkarı ilə görüşündən DANIŞDI

118 Baxış

“Bu gün qırğız həmkarım – Ruslan Kazakbayevlə bir sıra məsələləri mürazikə etdik”.

Oxu.Az-ın məlumatına görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin yanva-may ayları ərzində ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz artım olub:

“Buna baxmayaraq, ticarət dövriyyəsinin hələ də aşağı olması vurğulandı. Bu istiqamətdə işlərin intensivləşdirilməsi, biznes forumların keçirilməsi müzakirə olundu”.

Nazir qeyd edib ki, nəqliyyat-loqistika fəaliyyətinin kordinasiya edilməsi və Ələt Azad İqtisadi Zonası ilə bağlı da müzakirələr aparılıb:

“Artıq investorlar üçün hər tərəfli işlərin yaranmasına dair işlərin görüldüyü barədə məlumat verildi”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678