Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kreml Aİ-nin Qarabağ danışıqlarında vasitəçilik səylərinə münasibət bildirdi

141 Baxış

Rusiya mövcud razılaşmaların implementasiyasına töhfə verərsə, Avropa İttifaqı (Aİ) ölkələrinin Qarabağ danışıqlarında vasitəçilik səylərini alqışlamağa hazırdır.

TASS-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Vasitəçilik səyləri sabitlik, proqnozlaşdırma gətirirsə və mövcud razılaşmaların implementasiyasına kömək edərsə, o zaman yalnız alqışlamaq olar. Ümumiyyətlə, bu istiqamətdə işlər yaxşı gedir”, – deyə Peskov Aİ ölkələrinin Qarabağla bağlı üçtərəfli danışıqlar formatına qoşulma niyyətləri barədə bəyanatlarını cavablandırarkən bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678