Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Serbiyalı nazirdən TƏKLİF: “Konsulluq sahəsində birgə konsultasiyalar davam etdirilsin”

144 Baxış

“Azərbaycanın Serbiya ilə konsulluq sahəsində olan birgə konsultasiyaları davam etdirilə bilər”.

Oxu.Az-ın məlumatına görə, bunu Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Bakıda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, iyulun 27-də Azərbaycan-Serbiya hökumətlərarası birgə komissiyasının iclası keçiriləcək.

Nazir qeyd edib ki, Azərbaycan şirkətləri Serbiyada çox ciddi işlər görür.

N.Selakoviç xatırladıb ki, Azərbaycan və Serbiya qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678