Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ermənistan sərhəd münaqişəsini qızışdırmaqla Rusiya üçün ciddi təhlükə yaradır” – Perenciyev

130 Baxış

“Əgər Azərbaycan – Ermənistan öz arasında müqavilə bağlaya bilmirsə, onda üç ölkənin müdafiə nazirlikləri arasında saziş imzalanmalı olacaq”.

Turanmedia.az xəbər verir ki, bu fikri hərbi politoloq Aleksandr Perenciyev Lenta.Ru-ya müsahibəsində səsləndirib.

“Əgər Azərbaycan və Ermənistan dövlət başçıları səviyyəsində sazişlər bağlamağı özləri üçün qeyri-mümkün hesab edərlərsə, o zaman üç ölkənin müdafiə nazirlikləri arasında sazişlər imzalamaq mümkün olacaq”, – deyə hərbi politoloq bildirib.

Politoloq bu məsələdə Rusiya üçün ciddi təhlükə gördüyünü deyib:

“Burada Rusiya üçün də ciddi təhlükə var, çünki Ermənistan sərhəd münaqişəsini qızışdırmaqla yanaşı, daha bir mühüm məqsəd güdür: ölkəmizi bu məsələyə cəlb etmək. Təxribatlar, döyüşlər başlayan kimi Rusiya dərhal köməyə çağırılır. Ona görə də biz təcili olaraq iki ölkəni danışıqlar masası arxasına oturtmalı və heç olmasa münaqişənin daha da inkişafının qarşısını alacaq davranış qaydalarını vərdiş etdirməliyik”.

“Bu, üçtərəfli razılşma əsasında və dəqiq sərhəd qanunları çərçivəsində olmalıdır. Əks halda, artilleriya atəşləri davam edəcək və hər gün kimsə sərhədini pozduğuna görə davamlı ittihamlar irəli sürəcək”, – deyə Perendjiev izah edib. O əlavə edib ki, Moskva bu məsələdə mütləq iştirak etməlidir. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678