Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənilər Azərbaycan hərbçiləri ilə rus sülhməramlıları arasında toqquşma yaratmaq üçün hər cür təxribata əl ata bilər – Markov

173 Baxış

Rusiya ordusunun əli ilə geosiyasi problemlərini həll etməyə çalışan ermənilərin xətrinə Moskva hərbi münaqişəyə getməyəcək.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Caliber.az-a Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

“Ermənilər Qarabağ müharibəsini Azərbaycan-Ermənistan arasında deyil, Rusiya-Türkiyə arasında kimi təqdim etmək üçün Rusiya ilə Türkiyə arasında münasibətlərin korlanacağı anı gözləməyi planlaşdırırlar. Bundan başqa, ermənilər Azərbaycan hərbçiləri ilə Rusiya sülhməramlılarını bir-birinə toqquşdurmaq üçün hər cür təxribat törədəcəklər. Hətta güman edirəm ki, bunun üçün onlar rus hərbçilərinin formasını da geyəcəklər”, – deyə Markov bildirib.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678