Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“MÜTLƏQ ATACAQ” – Korotçenko Rusiyanı Paşinyana inanmamağa çağırdı

126 Baxış

İqor Korotçenko Moskvanı Paşinyana inanmağa çağırıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün Teleqram kanalında yazıb. O, Paşinyana güvənməməyi tövsiyə edib.

“Ermənistanın hazırkı hakimiyyəti haqqında bunları bilmək lazımdır. Paşinyanın komandası və Nikol Vovayeviçin özü ABŞ-ın himayəsindədir. Ermənistan prezidenti Armen Sarkisyan Britaniya agentidir.

Onlar Rusiyaya nifrət edirlər, amma hələ ki, ondan imtina edə bilmirlər. Ancaq atacaqlar, uyğun vaxt gələn kimi mütləq atacaqlar”, – Korotçenko yazıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678