Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Putinin bu günkü vəziyyəti Stalinin 1939-cu ildəki vəziyyətindən də ağırdır” – Rəsul Quliyev

121 Baxış

“Putin ABŞ və NATO-ya faktiki ultimatum ünvanlandırıb. O Ukraynanın NATO-ya qəbul edilməsini Rusiya üçün qırmızı xətt adlandırıb. Yəni bu xətt keçilərsə Rusiya müharibə etməyə çox yaxın olacaq. Qırmızı xətti Ukraynadan Moskvaya müasir raketlərin uçuş müddətinin 7, Hayper sonik raketlərinin isə 5 dəqiqə olduğunu qeyd edir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə sabiq spiker Rəsul Quliyev fikir səsləndirib. O bildirib ki, 1-ci və 2-ci dünya müharibələrinin başlamasının əsas səbəbkarlarından biri Rusiya olub.

“Hər iki halda Rusiyanın daxilində ağırlaşmış vəziyyəti həll etmək üçün Rusiya Çarı və Diktatoru çoxsaylı insan itirəcəyini bilə-bilə müharibəni təşkil edib. Çar müharibə olarsa öz çarlığını saxlayacaq düşünürdü. Stalin isə 1934-40-cı illərdə 10 milyona yaxın vətəndaşlarını qırdığı üçün heç bir ölkə onu yaxına buraxmırdı. Rusiya 1918-ci ilin əvvəlində müharibədən çıxmasına baxmayaraq ,həm Çar öz postunu itirdi, həmdə 7 milyon insan həlak oldu. Stalin müharibədə 25 milyona yaxın vətəndaşlarının həlak olmasına və 45 il müddətində İmperiyasının dağılmasına səbəb oldu. Putinin bu günkü vəziyyəti Stalinin 1939-cu ildəki vəziyyətindən də ağırdır. Faktiki Rusiyanı timsah kimi udmağı planlaşdıran Çindən başqa ətrafında heç bir ölkə yoxdur. Putinin bu ultimatumu dəcəl uşağın “oyuncağımı verin yoxsa dava salacağama” oxşayır və gülünc doğurur. Çünki bu insan Estoniya, Latviya, Litvanın NATO-nun üzvü olduğunu unudub. Bu adam Estoniyadan və ya Laviya, Litvadan Moskvaya məsafənin daha qısa olduğunu guya anlamır. Bu adam Estoniyanın Narvasından Peterburqa məsafənin 50 km olduğunu oranı hətta artileriya ilə vurmaq oları guya bilmir. Həqiqətən bu gülməli ultimatumdur”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678