Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Yüz il qabaq Tiflis erməni şəhəri idi” – Xzmalyan

121 Baxış

“Yüz il qabaq bütün Tiflis erməni şəhəri olub”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Avropa Partiyasının sədri, Ermənistan Milli Demokratik Qütb Şurasının üzvü Tiqran Xzmalyan erməni telekanallarından birində canlı efirdə qonaq olarkən deyib.

Tiqran Xzmalyan Gürcüstanın paytaxtı Tiflisin yüz il bundan qabaq erməni şəhəri olduğunu, atasının da bu şəhərdən İrəvana köçdüyünü deyib.

O, gürcülərin Tiflisi “gürcüləşdirdiklərini” və erməniləri sıxışdırdıqlarını bildirib. Və buna görə ermənilər “doğma” şəhərlərini tərk etməli olublar.

Daha sonra Xzmalyan gürcülərin “öz mənafeləri xətrinə başqalarından məharətlə istifadə etmək” qabiliyyətlərinin olduğunu qeyd edib.

Xzmalyanın rejissor və senarist olduğunu nəzərə alsaq, gözəl nağıl, bənzərsiz uydurma danışır həmişəki kimi.

Hələ nələr eşidəcəyik, nələr… //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678