Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya ayrı taktikaya əl atdı: Donbas belə işğal edilir

169 Baxış

Rusiya qoşun toplayır, şantaj edir, əzələ göstərir, hətta uyğun məqamda hücum da edir. Postsovet məkanındakı bütün milli zəmində yaranan münaqişlərin başında Rusiya dayanır. Amma ilk dəfədir ki, dünya bu avtoritar dövlətə qarşı birləşdi. Zənnimcə, dünya ölkələrinin, xüsusilə də Qərbin, eləcə də Yaponiyanın bu məsələyə prinsipial münasibəti, Rusiya üçün hazırladıqları sanksiya paketləri Kreml sahibi Putini ciddi qorxutdu.

 

Turanmedia.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya qoşunlarının Ukrayna sərhədlərindən çəkilməsini şərh edərkən deyib.

 

“Rusiyanın Ukrayna müharibəsində qələbə qazanmaq şansı yoxdur. Çünki Qərb Ukraynaya çox böyük dəstək verir. Lazım gəlsə, müharibəyə də müdaxilə ediləcək. Yəni Ukraynaya qoşun yeridilsəydi, rəsmi Kiyevin və tərəfdaşlarının ciddi müqavimətinə rast gəlinəcəkdi. Ruslar qorxdu, amma əvəzində Dövlət Duması Donetsk və Luqansk “respublika”larını tanımaq haqqında qərar çıxardı. Rusiyanın istədiyi Donbas vilayətini Ukraynadan almaq idi. Bu əraziləri qoşunsuz işğal etdilər və bundan sonra tanınma prosesi gedəcək. Sonra da həmin ərazilərin Rusiyaya birləşdirilməsi üçün qərar çıxaracaqlar. Müstəqil bir ölkənin ərazilərini hissə-hissə ələ keçirirlər”, – politoloq bildirib.

 

Q.Hüseynlinin fikrincə, Rusiya sözün əsl mənasında postsovet məkanının jandarmı kimi çıxış edir:

 

“Kiminsə torpağını işğal edir, kimisə cəzalandırır, kiminsə ölkəsində dövlət çevrilişi edir… Rusiya dünya nizamında qarışıqlıq yaradan bir ölkədir”, – politoloq qeyd edib. //Turanmedia.az

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678