Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sahibə Qafarova: “İşğaldan azad olunmuş ərazilərimizdə dağıdılmış infrastruktur yenidən qurulacaq”

139 Baxış

“Biz əminik ki, Azərbaycan Prezidenti ermənilərin dağıtdığı ərazilərimizdə bərpa işlərini aparacaq və Qarabağ əhalisi öz ata yurdlarına geri qayıdacaq”. 

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova Milli Məclisin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciətində deyib.

Spiker qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə dağıdılmış bütün infrastruktur yenidən qurulacaq. 

“Biz öz ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sonra heç kim bizi bu torpaqlardan çıxara bilməz. Biz bu qələbəni Ali Baş Komandana və Müzəffər Azərbaycan Ordusuna borcluyuq. Qarabağ Azərbaycandır!” 

MM sədri vurğulayıb ki, bizə demokrtaiya dərsi keçməyə çalışanlar əvvəl gərək güzgüdə özlərinə baxsınlar.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678