Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

London Kiyevin əli ilə Rusiya ərazisini vursa… – Arkov

427 Baxış

Məhz Böyük Britaniyanın Kiyevə Rusiya ərazisində olan hərbi obyektləri hüquqi cəhətdən vurmasında əngəl olmadığını deməsi, həmçinin, Ukraynanı uzaq məsafələri qət edə bilən raketlərlə təmin etməsi Londonun bu müharibədə əsas katalizator olduğunu göstərir.

Turanmedia.az xəbər verir ki, bu sözləri Axar.az-a müsahibəsində PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov deyib.

O qeyd edib ki, artıq Ukraynanı Kremlə, Rusiya maraqlarına qarşı çıxmağa sövq edənin kimliyi də ortadadır:

“İndi hər kəsə bəlli oldu ki, aranı qatan Britaniyadır. Onlara elə bu da lazım idi. Kiyev isə gözüyumulu olaraq Londondan gələn tapşırıqları yerinə yetirdi. Sonunda bugünki durum ortaya çıxdı. Amma London məncə, risk edir. Özü də çox! Bu raketlər Ukrayna ərazisinə çatmamış məhv ediləcək. Əminəm ki, bununla bağlı artıq Kremlin planı mövcuddur. Amma hər hansı bir yolla Bitaniya öz istəyinə çatsa və Kiyev həqiqətən də Rusiyada yerləşən hərbi bazalara zərbə endirsə, bu, Üçüncü Dünya müharibəsi başladacaq. Son olaraq isə nüvə silahı – “Qırmızı düymə” basılacaq”, – deyə Arkov qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678