Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azovstalın” təslim olması dünyanın ən nüfuzlu nəşrlərində: Qərb mediası hadisəyə necə reaksiya verib?

109 Baxış

Dünyanın aparıcı informasiya qurumları Rusiyanın Ukraynanın denazifikasiyası üzrə xüsusi əməliyyat zamanı əldə etdiyi strateji uğurunu nəzərdən qaçırmayıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Qərb mediası “Azovstal”dakı Ukrayna hərbçilərinin təslim olmasına şiddətli reaksiya sərgiləyib

Rusiya nəşrləri hesab edirlər ki, Mariupoldakı hadisələri işıqlandıran xarici jurnalistlər Ukrayna ordusunun məğlubiyyətini “hamarlamağa” çalışıblar.

Britaniyanın “The Guardian” qəzetinin qənaətinə görə, Mariupolda Rusiya Silahlı Qüvvələrinə təslim olan ukraynalı hərbçilər çox güman ki, mübadilə edilməyəcək. Onlar məhkəmə qarşısına çıxarılacaq və həbsxanaya göndəriləcək.

Amerikanın biznes jurnalı “Forbes”in jurnalistləri isə “Azovstal”da gizlənən ukraynalı yaraqlıların təslim olmasının səbəblərini açıqlayıblar. Onların döyüş sursatı, qida və su ehtiyyatının tükəndiyi və buna görə təslim olmağa məcbur qaldıqları versiyası irəli sürülüb. “Mariupolun tam ələ keçirilməsi Rusiyanın fevralın 24-dən bəri ən böyük qələbəsi idi və Moskvaya Ukraynanın şərqində və cənubunda yerləşən Azov dənizinin sahillərinə tam nəzarət edəcək” – Forbes rəyçiləri fikirlərini yekunlaşdırıb.

“The New York Times” da, “Azovstal”da baş verənlərə sərt reaksiya verib. Rusiya ukraynalı yaraqlıların böyük bir qrupunun təsliminə nail olmaqla, xüsusi əməliyyatın gedişində mühüm uğur qazanıb. Bundan əlavə, böyük dəniz limanı, eləcə də digər strateji infrastruktur Moskvanın nəzarətinə keçib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678