Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-dan şok iddia: İran Rusiya-Ukrayna müharibəsində belə iştirak edir

96 Baxış
İran tezliklə Ukrayna müharibəsi üçün silahlılar da daxil olmaqla yüzlərlə PUA-nı Moskvaya göndərəcək və rus əsgərlərinə pilotsuz uçuş aparatları təlimi keçəcək.

Turanmedia.az “haber7”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Ağ Evdə gündəlik mətbuat brifinqində deyib.

Rusiyanın istədiyini ala bilmədiyini və Rusiya-Ukrayna müharibəsi ilə bağlı bəzi silah problemləri olduğunu qeyd edən Sallivan bildirib ki, İran hökumətinin yaxın vaxtlarda Rusiyaya yüzlərlə pilotsuz uçan aparat (PUA) verəcəyinə dair məlumatlar var.

“Onların arasında silahlı pilotsuz uçan aparatların da olacağı da bildirilir. Həmçinin bu məlumat onu göstərir ki, İran bunlardan istifadə üçün rus əsgərlərinə təlim keçəcək və bu proses bu ay başlaya bilər”, – o qeyd edib.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678