Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğanın Putinlə İranda görüşəcəyi TƏSDİQLƏNDİ

94 Baxış

Ərdoğanın Putinlə İranda görüşəcəyi təsdiqlənib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Prezident Administrasiyası yanında Əlaqələr Departamentinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 18-19-da İrana rəsmi səfər edəcək və burada üçtərəfli sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

“Sammit çərçivəsində Türkiyə və Rusiya liderlərinin ikitərəfli görüşü baş tutacaq”, – məlumatda deyilir.

Ərdoğan iyulun 19-da Rusiya və İran prezidentlərinin iştirakı ilə keçiriləcək yeddinci üçtərəfli sammitdə iştirak edəcək. Rəsmi olaraq sammitdə Suriyadakı vəziyyət, terror təşkilatlarına qarşı mübarizə və humanitar vəziyyət müzakirə olunacaq.

Daha əvvəl xəbər verdiyimiz kimi, iyulun 12-də Rusiya Federasiyası prezidentinin mətbuat katibi Putin və Ərdoğan arasında İranda mümkün görüş barədə məlumat verib. Dialoqun iyulun 19-da Tehranda keçirilməsi planlaşdırılır. Rusiya prezidenti üçün bu, Ukraynaya genişmiqyaslı işğaldan sonra Rusiyadan kənara ikinci səfərdir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678