Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır

111 Baxış

“Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini çıxarır.”

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində bildirib.

“Müharibə nəticəsində ER Silahlı Qüvvələrinin bir sıra bölmələri kömək etmək üçün Qarabağa daxil olub. Atəşkəsdən sonra onlar Ermənistana qayıdırlar. Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq ”- Qriqoryan deyib.

O eyni zamanda əlavə edib ki, atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsindən sonra erməni hərbi bölmələrinin oradan çıxarılması tamamilə təbiidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti iyulun 15-də keçirdiyi müşavirədə bu məsələ ilə bağlı öz ciddi xəbərdarlıq mesajını həm İrəvanın, həm də bölgədə sülhməramlı missiyasını həyata keçirən Rusiyanın diqqətinə çatdırıb.

Bu məsələ eyni zamanda Tbilisi də Azərbaycan və Ermənistan XİN başçılaırnın görüşündə müzakirə edilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678