Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Laçın dəhlizi ilə bağlı məsələ 6-cı bənd əsasında həll olunmalıdır” –Rusiya XİN

87 Baxış

Laçın dəhlizi ətrafında məsələ 2020-ci il 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən həll olunmalıdır.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və çap departamentinin direktor müavini İvan Neçayev deyib.

“Üçtərəfli bəyanatın 6-cı bəndində tərəflərin razılığı ilə yaxın 3 il ərzində Laçın dəhlizindən Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və sonradan rusiyalı sülhməramlı kontingentin yolun mühafizəsi üçün yenidən dislokasiya ediləcəyi yeni marşrut xəttinin çəkilməsi nəzərdə tutulub”, – o bildirib.

İvan Neçayev eyni zamanda əlavə edib ki, Rusiya regionda baş verən prosesləri diqqətlə izləyir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678