Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qafanda FARS, Şuşada isə TÜRK konsulluğu – ÖZƏL ŞƏRH

83 Baxış

“Türkiyənin Şuşada konsulluq açması bu iki dövlət arasında 2021-ci ilin 15 iyununda Şuşada əldə edilmiş razılıq fonunda gözlənilən idi. Şuşa bəyənnaməsi iki dövlət arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi istiqamətində aparılan məqsədəyönlü işin təntənəsi və iki qardaş dövlət arasında bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində münasibətlərin yeni mərhələyə adlaması baxımından tarixi əhəmiyyət kəsb edən hadisə idi”.

Turanmedia.az xəbər verir ki, konkret.az sualına cavabda bunları yazan politoloq Elşən Manafov əlavə edib ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin bugünkü məzmun və mahiyyəti təkcə iki dövlət arasında əlaqələrin inkişafı və genişlənməsi işinə deyil, bütövlükdə regionda sülhün və sabitliyin bərqarar edilməsinə ciddi töhfədir:

“Və Şuşada konsulluğun açılması Azərbaycan mədəniyyətinin incisi sayılan bu şəhərə xor gözlə baxan, Azərbaycanın müstəqilliyini təhdid edən, onun Qarabağ üzərindəki suveren hüquqlarını qəbul etmək istəməyən bəlli dairələrə ismarıcdır. Türkiyə bundan sonra da hər zaman can Azərbaycanın yanında olacağına, Şuşadakı konsulluğu açmaqla bir daha işarə vermiş oldu.

Bunların fonunda İranın Qafanda konsulluq açmaqla bağlı mövqeyi isə onun Zəngəzur dəhlizinin açılması, Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası ilə bağlı məsələlərə münasibəti kimi qəbul olunmalıdır. Sərhədlərin dəyişilməzliyi və toxunuzmazlığı ilə bağlı beynəlxalq hüququn məlum prinsipinə istinad edən rəsmi Tehran illərdir ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına adekvat münasibət sərgiləməmişdir, üzdə bunun yolverilməz olduğunu və Ermənistanı işğal olunmuş ərazilərdən çıxmağa dəvət etsə də, onunla iqtisadi, enerji, hərbi sahələrdə sıx əməkdaşlıq etmiş, bununla da islam dövləti olaraq bütün dünyada müsəlmanların haqq işini müdafiə edəcəyi ilə bağlı öz öhdəliklərini kobud şəkildə pozmuşdur”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678