Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Mən Gürcüstanda özümü evdəki kimi hiss edirəm”

92 Baxış

“Mən burada özümü evdəki kimi hiss edirəm. Yenidən Gürcüstanda olmağıma çox şadam. Baş nazir İrakli Qaribaşvili ilə görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz tez-tez görüşürük”.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında söyləyib.

“Əminəm ki, bugünkü səfər Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamışlar”, – deyə dövlət başçısı vurğulayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678