Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Münaqişəni başa çatdırmaq lazımdır” – Putin

75 Baxış

“Münaqişə onilliklərdir davam edir və onu hər hansı şəkildə başa çatdırmaq lazımdır”.

Turanmedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya bunu dəstəkləyir: “İrəli getməyimizə imkan verəcək əsas məqamları tapmaq lazımdır”.

Putin Soçidəki danışıqların cari vəziyyəti müzakirə etmək üçün daha bir imkan olacağına ümid etdiyini qeyd edib: “Zənnimcə, hazırda ən vacibi sülhə nail olmaq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır. Ümid edirəm ki, bu gün baş tutacaq görüşün yekununda irəli addım atmağa nail olacağıq”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678