Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Əliyev və Paşinyanın Qarabağla bağlı mövqeyi Rusiya tərəfi üçün SÜRPRİZ OLDU” – Erməni politoloq

63 Baxış

“Ermənistan hakimiyyəti özü Qarabağı Azərbaycana təslim edir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Qrant Melik-Şahnazaryan yazıb.

“Oktyabrın 31-də Soçidə keçirilən Əliyev-Putin-Paşinyan üçtərəfli görüşündən sonra siyasi müstəvidə Əliyev və Paşinyanın mövqeyinin Rusiya tərəfi üçün gözlənilməz olduğu barədə məlumatlar yayılmağa başladı. Bu məlumatın müxalifətçilərə necə çatdığını bilmirəm. Lakin onlar Ermənistan və Azərbaycan başçılarının Putinlə görüşdə çox yekdil olduqlarını və “Putini fakt qarşısında qoyduqlarını” bildiriblər.

Təəssüf ki, bu məlumat öz təsdiqini tapıb. Lavrov bu gün deyib ki, Rusiya Qarabağın “status”u məsələsini gündəmə gətirib və hətta bunu Azərbaycanla müzakirə etməyə nail olub. Lakin Əliyev və Paşinyan Praqada başqa bir sənəd imzalayıb, sonra bu sənədlə Soçiyə gəliblər.

Ermənistan hakimiyyəti özləri Qarabağı Azərbaycana təslim edir. Bu faktın artıq minlərlə sübutu var. Ancaq insanlar üçün bu kifayət deyil. Onlar yeni dəlil istəyirlər. Və bunu necə qiymətləndirmək olar, bilmirəm”, – deyə Melik-Şahnazaryan bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678