Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yunanıstan Azərbaycana yeni səfir TƏYİN ETDİ

65 Baxış

Kristo Kapodistria Yunanıstanın Azərbaycanda yeni səfiri təyin olunub.

Turanmedia.az modern.az-a istinadən xəbər verir ki, Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov yeni səfirlə görüşüb.

“Bakıda fəaliyyət göstərəcək yunanıstanlı həmkarım Kristo Kapodistriaya Azərbaycan və Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafında uğurlar arzulayıram!”, – A.Hüseynov feysbuk səhifəsində yazıb.

Yeni səfirin yaxın vaxtlarda Bakıya gələcəyi gözlənilir.

Qeyd edək ki, K.Kapodistria Yunanıstanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsində Nikolas Piperiqosu əvəz edəcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678