Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Sülhməramlılar etirazçıların tələbinə əməl etmirlər və özləri yolu kəsirlər”

70 Baxış

“Rusiya sülhməramlılarının vəzifəsi Ermənistan-Azərbaycan arasında dayanıqlı sülhün yaranmasına nail olmaq və icmalar arasında təhlükəsizliyin təmin edilməsidir. Bu məqsədlə də Rusiya hərbi kontingenti ən qısa zamanda Qarabağdakı terrorçuları, separatçıları və qanunsuz hərbi birlikləri tərksilah edərək, bölgədə yaşayacaq insanların təhlükəsizliyini təmin etməlidir. Daha terrorçuların, separatçıların müdafiəçisi kimi çıxış edib, onların bölgədə mövqelərinin möhkəmlənməsinə çalışmamalıdır. Biz bu gün Rusiya sülhməramlılarının bölgədə separatizmin daha dərin kök atmasına çalışdığını və bu məqsədlə onlara hər vəchlə yardım etdiyini görürük”.

Turanmedia.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Qarabağdakı separatçılar Rusiya sülhməramlıları ilə əlbir olub ekoloji terroru davam etdirir.

“Əgər belə olmasaydı, Rusiya sülhməramlıları Azərbaycanın müvafiq dövlət qurumlarına separatçıların qanunsuz olaraq faydalı qazıntı yataqlarında monitorinq həyata keçirməyə şərait yaradardı və onların təhlükəsizliyini təmin edərdi. Biz isə tamamilə bunun əksinin görməkdəyik”, – o qeyd edib.

Deputat əlavə edib ki, baş verənlərə etiraz olaraq vətəndaş cəmiyyətinin münayənədləri, ekoaktivistlər Azərbaycana qarşı həyata keçirilən ekoterrora qarşı sivil formada etiraz aksiyası keçirərək, monitorinqin keçirilməsinə şərait yaradılmasını ələb edirlər: “Aksiya iştirakçılarının hədəfi yolu bağlamaq deyil, məqsəd Azərbaycan məxsus faydalı qazıntıların qanunsuz olaraq istismar edib başqa ölkə ərazisinə daşınmasına imkan verməməkdir. Bu da dinc xarakter daşıyır. Rusiya “sülhmərmalılar”ı keçirilən aksiyanı görməzlikdən gələrək, etirazçıların tələbinə əməl etmirlər və özləri yolu kəsərək hərəkətə imkan vermirlər. Odur ki, Rusiya sülhməramlıları təcili olaraq aksiya keçirənlərin tələblərinə əməl edib, separatçıların ekoloji terrorunun qarısını almalı və Azərbaycanın müvafiq dövlət qurumlarının monitorinq keçirməsinə imkan yaratmalıdırlar. Rusiya hərbi kontingenti üzərinə düşən missiyanı ya yerinə yetirməli, ya da bacarmadıqları üçün missiyalarına xitam verilməlidir”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678