Azərbaycan Prezidenti Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib
77 Baxış
![](https://turanmedia.az/wp-content/uploads/2022/12/038-6-730x393.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlət başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.