Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zaxarova Paşinyana QƏZƏBLƏNDİ: “Rusiya sülhməramlılarının tənqidi qəbuledilməzdir”

58 Baxış

“Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin tənqidi qəbuledilməzdir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. O, Ermənistanın Baş naziri Nikol Paşinyanın tənqidinə münasibət bildirib.

Onun sözlərinə görə, ictimai hücumlar səbəbə kömək etmir.

“Rusiya sülhməramlı kontingentinin tənqidinə gəlincə, hesab edirəm ki, bu, qəbuledilməzdir. Biz dəfələrlə demişik ki, Rusiya sülhməramlıları vəziyyətin “yerdə” nizamlanması üçün əlindən gələni edir. Heç bir ictimai hücum səbəbə kömək etməyəcək. Vəziyyət daha pis idi, biz bu vəziyyəti yaxşılaşdırmaq üçün çalışırıq. Kimsə məsuliyyətlə deyə bilərmi: sülhməramlılar olmasaydı, daha yaxşı olardı? Cavab göz qabağındadır”, – deyə Zaxarova bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678