Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Böyük Qayıdışa dair I Dövlət Proqramındakı tədbirlərin icrasının monitorinqi aparılacaq

52 Baxış

Böyük Qayıdışa dair I Dövlət Proqramındakı tədbirlərin icrasının monitorinqi aparılacaq.

Turanmedia.az report-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncamında öz əksini tapıb.

Sərəncama əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə Proqramda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin effektiv təmini məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın (bundan sonra – Portal) formalaşdırılmasını (3 (üç) ay müddətində), Portalda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təqdimatı əsasında Proqramda qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, habelə obyektlər üzrə icra müddətlərini (illər üzrə bölgüsü), layihələrlə bağlı (texniki-iqtisadi, ekspertiza və s.) məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə iri layihələrə münasibətdə birbaşa (onlayn) kamera müşahidəsini təmin edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılmasını təmin etmək tapşırılıb.

Mərkəz Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini aparıb, nəticəsi barədə məlumatları ildə iki dəfə, hər ilin mart (2024-cü ildən) və sentyabr aylarının 25-dək, eyni zamanda, sənəddə nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsini aparıb nəticəsi barədə məlumatları 2025-ci və 2027-ci illərin mart ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678