Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çində zavodda güclü partlayış olub – VİDEO

126 Baxış

Çinin Bayse şəhərində yerləşən təmir zavodunda baş verən güclü partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Bu barədə “Sina” informasiya portalı məlumat yayıb.

Partlayış nəticəsində havada böyük bir tüstü buludu əmələ gəlib.

Həmçinin qeyd olunur ki, partlayış dalğası yaxınlıqda olan yaşayış binalarının pəncərələrini qırıb, yaxınlıqdakı nəqliyyat vasitələrinə və ağaclara ziyan dəyib.

İlkin məlumata əsasən, hadisəyə yolun təmiri vaxtı istifadə edilən kimyəvi reaktivlərin partlayışı səbəb olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678