Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Politoloqun 2023 proqnozu: Qarabağda əməliyyat…

77 Baxış

2023-ün gərgin il olacağını indidən söyləmək olar. Hadisələrin builki gedişatı göstərir ki, Azərbaycanla Ermənistan arasında gərginlik bu il də azalmayacaq.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, sülh sazişinin imzalanması ehtimalı bu il də yüksək deyil, ancaq Qarabağda erməni separatçılara qarşı ünvanlı anti-terror əməliyyatları mümkündür.

Politoloq Rusiya ilə Ukrayna arasında müharibənin də davam edəcəyini ehtimal edir:

“Qonşu İranda daxili qarşıdurma azalmayacaq, toqquşmalar fərqli formalar alacaq, Türkiyədə Cümhurbaşqanı və parlament seçkilərində hakim partiya ilə müxalifət arasında başabaş mübarizə gedəcək, Çinin Tayvanı nəzarətə götürmək istəyi böyük dövlətləri üz-üzə qoyacaq. Bu sıraya Qərbin Rusiyaya qarşı yeni sanksiyalarını, enerji böhranını, dünyada artan inflyasiyanı və pandemiya ilə mübarizənin davamını aid etmək lazımdır…”


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678