Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvanla bağlı sərəncam qüvvəyə mindi

65 Baxış

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə hakim və sədr təyinatı ilə bağlı sərəncam qüvvəyə minib.

Turanmedia.az banker.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2022-ci ilin dekabrın 28-də imzaladığı müvafiq sərəncamda öz əksini tapıb.

Belə ki, dövlət başçısının sərəncamı ilə Hüseyn Məmməd oğlu Məmmədov yenidən Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.

Sənəddə qeyd olunub ki, həmin sərəncam 2023-cü il yanvarın 2-dən qüvvəyə minir.

Qeyd edək ki, H.Məmmədov 2014-cü ildən Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışır. O, daha əvvəl Naxçıvan Şəhər Məhkəməsinin sədri olub. Əvvəllər isə Naxçıvan Ali Məhkəməsinin hakimi, Naxçıvan Ali Məhkəməsinin Nəzarət şöbəsinin rəisi vəzifələrində işləyib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678