Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Jurnalistlər Naxçıvanda: Fuad Nəcəfli ilə nəyi müzakirə ediblər ? – Faktlar sadalandı

71 Baxış

“2022-ci il Naxçıvan üçün çox uğurlu il oldu. Naxçıvan Vasif Talıbovun despot rejimindən xilas edildi”.

Turanmedia.az xəbər verir ki, bu sözləri “Sherg.az” saytına Naxçıvanda səfərdə olan, “TNS” İnformasiya Agentliyinin baş redaktoru, naxçıvanlı jurnalist Tural Səfərov deyib.

Baş redaktorun sözlərinə görə, Naxçıvan artıq yeni mərhələyə qədəm qoyub:

“Əvvəllər Naxçıvana gələndə insanların üzündə kədər və narahatlıq sezirdim. Ancaq budəfəki səfər zamanı tamam fərqli mənzərəni müşahidə elədim. Naxçıvanlıların üzündə təbəssüm var, gələcəyə ümidləri, inamları artıb. Bu da ondan xəbər verir ki, Naxçıvanda artıq yeni dövr başlayıb.

Yeni rəhbərlik mövcud problemlərin həlli istiqamətində çox ciddi addımlar atır. Naxçıvan Ali Məclisinin qarşısı şikayətə gələn insanlarla doludur. Şikayətlərinə baxıldığı, problemlərin həll istiqamətində tədbirlər görüldüyü üçün çox razıdırlar.

Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və daxili işlər naziri Süleyman Neymətovla qısa görüşümüz reallaşdı. Fuad müəllim bildirdi ki, insanların narahatlığı, qayğıları var. Qeyd etdi ki, dövlət başçısının tapşırığına əsasən Naxçıvanın problemlərinin həlli istiqamətində çox ciddi tədbirlər görülür, addımlar atılır”.

T.Səfərov Naxçıvanı xoş günlərin gözlədiyini söyləyib:

“Əslində Naxçıvanda böyük quruculuq işləri aparılıb. Amma bunların Vasif Talıbova heç bir aidiyyatı yoxdur. Görülən işlərin hamısı dövlətimizin ayırdığı vəsaitin, birbaşa Prezidentin diqqət və qayğısı hesabına həyata keçirilib. Naxçıvanın keçmiş rəhbərliyi heç bir çıxışında bu işlərin dövlətimiz tərəfindən həyata keçirildiyini vurğulamayıb.

Elə bir təəssürat yaradıb ki, sanki Naxçıvanda bu işləri görən Vasif Talıbovdur. Halbuki, Vasif Talıbov Naxçıvanı dağıdıb. Ayrılan vəsaiti də, dotasiyanı da mənimsəyib. Faktiki olaraq Naxçıvanı Azərbaycandan qoparmışdı. “Müstəqil dövlət” üçün lazım olan bütün təsisatları yaratmışdı. Naxçıvana dağ çəkmişdi.

Lakin artıq Naxçıvanı parlaq və gözəl gələcək gözləyir. İnsanlar yeni rəhbərlikdən çox razıdır və buna görə cənab Prezidentə minnətdarlıq edirlər”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678