Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Moskvanın məşhur biznes mərkəzinə dron hücumu olub, yaralanan var

39 Baxış

Rusiyanın paytaxtı Moskvanın məşhur biznes mərkəzi “Moskva-Siti”nin binalarından birinin damına dron çırpılıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə məlumat yerli “Telegram” kanallarında yayılıb.

Bildirilir ki, paytaxt Moskvanın mərkəzi ilə yanaşı Moskva vilayətinin bir sıra rayonları da dron hücumuna məruz qalıb. Partlayış səslərinin eşidildiyi qeyd edilir. Eyni zamanda, “112” “Telegram” kanalının məlumatına görə, iş mərkəzinə dron zərbəsi nəticəsində 1 nəfər yaralanıb. Yaralanan binanın mühafizəçisidir.

TASS-ın yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri dron hücumunu dəf ediblər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678