Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda yeni yataqda istehsalat prosesinə başlanılacaq

101 Baxış

Britaniyanın “Anglo-Asian Mining Plc” şirkəti Gədəbəy Müqavilə Sahəsindən 10,5 kilometr şimal-şərqdə yerləşən və qızıl ehtiyatları ilə zəngin “Afşanclı-1” yatağında istehsalat prosesinə başlayacaq.

Oxu.Az-ın şirkətdən əldə etdiyi məlumata əsasən, bu ilin sonu və ya növbəti ilin əvvəlindən etibarən “Afşanclı-1” yatağında istehsalat işlərinə başlanılacaq.

Bildirilib ki, 2020-ci ildə bölgə üzərində ətraflı xəritələmə işləri davam etdirilib. Ümumi həcmi 6 629 metr olan 27 əsas qazma quyusu və 5 349 metr olan 79 digər növ qazma quyuları tamamlanıb.

Mineral ehtiyatların əsasən yatağın 200 ilə 300 metrlik mərkəzi zonasını əhatə etdiyi təxmin edilir. Qızıl ehtiyatlarını əhatə edən layların dərinliyi barədə hələ ki, məhdud informasiya əldə olunub, lakin qiymətləndirilmə işləri davam edir.

Qeyd edək ki, “Avşanclı” üç əsas sahəni: “Afşanclı-1”, “Afşanclı-2” və “Afşanclı-3” yataqlarını əhatə edir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678