Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Növbəti il sosial rifahı təmin etmək üçün dövlət nə qədər vəsait ayıracaq?

152 Baxış

2021-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 3 milyard 692,7 milyon manat vəsait proqnozlaşdırılıb.

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, bu məbləğ 2020-ci illə müqayisədə 455,7 milyon manat və ya 14,1 faiz çoxdur.

Son 5 ildə bu xərclər 1 milyard 47,4 milyon manat va ya 39,6 faiz artıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün yönəldiləcək vəsait 1 milyard 631,5 milyon manat təşkil edəcək. Bu da 2020-ci illə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur.

Bu vəsait hesabına 1,3 milyon nəfərə yaxın əmək pensiyaçısının pensiyalarının bir hissəsinin maliyyələşdirilməsi həyata keçiriləcək.

Əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2021-ci il dövlət büdcəsindən 1 milyard 567,9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Həmin mənbə hesabına ümumilikdə sosial müavinət və təqaüdlərin maliyyələşdirilməsi üçün 1 milyard 65,8 milyon manat vəsait nəzərdə tutulur.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678