Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə də daxil olmaqla 5 ölkə üçün təhlükə gözlənilir

62 Baxış

Türkiyə, Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı gələcəkdə böyük təhlükə ilə üzləşəcək.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə Almaniyada yerləşən Maks Plank İnstitutunun “Review of Geophysics” elmi jurnalında dərc olunan araşdırmada məlumat verilib.

Araşdırmaya görə, Şərqi Aralıq dənizi və Yaxın Şərq yaxın gələcəkdə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq. Bölgəni “iqlim dəyişikliyi mərkəzi” olaraq təyin edən hesabatda bölgədəki temperatur artım sürətinin dünya ortalamasının demək olar ki, iki dəfə yüksək olduğu vurğulanıb.

“Yağıntının miqdarının azalması ilə bölgə çox ciddi su və qida böhranı yaşayacaq, bütün iqtisadi sektorlar böhrandan təsirlənəcək və bölgədə yaşayan 400 milyon insan dağıdıcı təsirlərlə üzləşəcək. Sahil əraziləri və bir çox yerlərdə kənd təsərrüfatı sahələri su səviyyəsinin qalxması ilə yox olmaq ərəfəsində olacaq”,- məqalədə qeyd olunub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678