Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Abituriyentin səhv cavabına görə düz yazdığından bal silinməməlidir”

83 Baxış

“Qəbul imtahanlarının formatı dəyişməlidir”.

Turanmedia.az metbuat.az-a istinadən xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Elçin Əfəndi feysbuk hesabında yazıb. Ekspert blok imtahanında səhv cavabların doğru cavablara təsir mexanizminin aradan qaldırılmalı olduğunu bildirib.

“Bu birmənalı olaraq abituriyentin haqqına girmək, onun hüququnu tapdalamaqdır. Əgər abituriyent səhv cavab yazırsa, məhz o sual üçün nəzərdə tutulan bal ümumi baldan çıxılmalıdır, daha o səhvə görə düz yazdığı cavabdan bal silinməməlidir. Ümumiyyətlə, bütün imtahanlarda bu prinsip ləğv olunmalıdır”, – deyə Elçin Əfəndi əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678