Bakıda bu küçədə hərəkət məhdudlaşdırıldı

7 Baxış

Bakının Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan hissəsində hərəkət məhdudlaşdırılıb.

Turanmedia.az xəbər verir ki, Tns-ə bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Buna səbəb rahat gediş-gəlişin təmin olunması məqsədilə Nəsimi rayonu ərazisində Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan hissəsində aparılan təmir işləridir.

Hazırda sözügedən hissəyə yeni asfalt-beton örtüyü döşənir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yol seçmələri xahiş olunur.

Xatırladaq ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan hissələrində qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib.