Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Terror aktını törədənlərin tam cəzalandırılmasını tələb edirik” – Azərbaycanın İrandakı səfiri

59 Baxış

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Tehrandakı səfirliyimizə edilmiş silahlı hücumla bağlı paylaşım edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, paylaşımda deyilir:

“Səfirliyimizə edilmiş silahlı hücüm nəticəsində dəyərli əməkdaşımız Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirildi, 2 əməkdaşımız yaralandı.

Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adımdan və Səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm.

Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!”

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678